Litva Aİ-dən müdafiə layihələri üçün borc istədi

Dünya

01.12.2025 17:34

Litva Avropa Komissiyasına Aİ-nin SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində 6,375 milyard avro, yəni təxminən 7,41 milyard dollar kredit ayrılması üçün rəsmi müraciət təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Litvanın müdafiə nazirinin müavini Karolis Aleksa Brüsseldə Aİ müdafiə nazirlərinin iclası zamanı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ Litvaya ayrılması mümkün olan maksimum kredit həddidir və təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Rəsmi qeyd edib ki, kreditin əsas hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi və təchizatı üçün istifadə olunacaq. 

Aleksa əlavə edib ki, Litva SAFE proqramından ayrılacaq vəsaitin bir hissəsini Ukraynaya hərbi texnika və sursat alınmasına dəstək üçün də istifadə etməyi planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Aİ,SAFE,Kredit,Todaypress.tv,