Lavrov və Hüseyn Şeyx Qəzzadakı vəziyyəti müzakirə etdi

Dünya

21.05.2026 23:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fələstinin vitse-prezidenti Hüseyn Şeyx arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, danışıq zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı mövcud vəziyyət və Qəzzada atəşkəsin təmin edilməsinin vacibliyi müzakirə olunub.

Rusiya diplomatik idarəsinin bəyanatında qeyd olunub:

"Söhbət əsnasında Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Əsas diqqət Qəzzada dayanıqlı atəşkəsin təmin edilməsi, anklavın demək olar ki, tamamilə dağıdılmış mülki infrastrukturunun bərpası üzrə işlərin tezliklə başladılması, həmçinin İordan çayının qərb sahilində vəziyyətin normallaşdırılması zərurətinə yönəldilib".

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Sergey Lavrov,Fələstin,Hüseyn Şeyx,TodayPress TV,