Lavrov və Əraqçi nüvə proqramını müzakirə etdi

Dünya

20.02.2026 17:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər İranın nüvə proqramını və Cenevrədə keçirilən ABŞ–İran dolayı təmaslarının nəticələrini müzakirə ediblər.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.

“Rusiya tərəfi "Nüvə Silahlarının Yayılmaması" haqqında müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edilməsi şərtilə ədalətli siyasi və diplomatik həllərin tapılmasına yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib”,- Rusiya XİN-dən bildirib. 

Xatırladaq ki, ötən yay Rusiya İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) zənginləşdirilmiş uranın bir hissəsinin təkrar emal üçün ölkədən çıxarılması və sonradan İranın nüvə obyektlərinə qaytarılması ilə bağlı təklif təqdim etmişdi.

Bu ilin fevralında isə İran Xarici İşlər Nazirliyi uranın ölkədən çıxarılması ehtimalını açıq şəkildə rədd etmişdi.

"Wall Street Journal” qəzetinin mənbələri isə  İranın uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə ötürməyə razılıq verdiyini bildiriblər.

Jalə Rövşən 

TodayPress TV

tag: İran,Uranın zənginləşdirilməsi ,Abbas Əraqçi,Sergey Lavrov ,Todaypress.tv,