Lavrov: "Rusiya İranda atəşkəsi dəstəkləyir"

Dünya

31.03.2026 14:03

Rusiya Fars körfəzindəki böhranın daha genişmiqyaslı münaqişəyə çevrilməsinin əlamətlərini görür.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya Beynəlxalq İşlər Şurasının ümumi iclasında bildirib. 

Rusiyalı nazirin sözlərinə görə, Moskva münaqişənin mümkün qədər tez həlli üçün tərəflərə vasitəçilik xidmətləri göstərməyə hazırdır.

"Biz mülki şəxslərə və mülki infrastruktur obyektlərinə qarşı hərbi güc tətbiqini, harada yerləşməsindən asılı olmayaraq – İranda və ya bu vəziyyətdən ciddi və mənfi nəticələr yaşayan Körfəz Əməkdaşlıq Şurası dövlətlərində – qəbuledilməz hesab edirik",- Lavrov qeyd edib. 

Nazir əlavə edib ki, Rusiya münaqişə tərəflərinə vəziyyəti siyasi və diplomatik yolla bərpa etmək üçün yollar tapmaq səylərində vasitəçilik və digər yardım göstərməyə hazırdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Sergey Lavrov,Rusiya ,Fars körfəzi,İran ,Todaypress.tv,