Lavrov: "Rusiya danışıqlar zamanı formalaşan sənədi qəbul etmişdi"
Dünya
29.01.2026 23:00
“Rusiya 2022-ci ildə İstanbulda aparılan danışıqlar zamanı formalaşan sənədi qəbul etmişdi”.
TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin “TGRT Haber” kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, razılaşma sonradan Ukrayna tərəfindən pozulub.
“2022-ci ilin aprelində İstanbulda müzakirə olunması planlaşdırılan zəmanətlər üç raund danışıqlar nəticəsində formalaşdı. Zəmanətlər açıq şəkildə göstərirdi ki, Ukrayna ərazisində xarici hərbi bazalar olmayacaq və hər hansı təlim bütün zamin duran tərəflərin razılığı olmadan keçirilə bilməz. Bu şərtlər qəbul edildi, Prezidentlər Putin və Ərdoğan mövzunu dəfələrlə müzakirə etdi. Lakin Britaniyanın sabiq baş naziri Boris Conson Kiyevə gələrək Ukraynalılara sənədi imzalamamağı tövsiyə etdi”, - Lavrov deyib.
tag: Rusiya, Lavrov, Istanbul, Türkiyə, todaypress.tv,
