Lavrov ABŞ ilə danışıqlarda Rusiyanın mövqeyini açıqladı

Lavrov ABŞ ilə danışıqlarda Rusiyanın mövqeyini açıqladı
15.08.2025 09:48 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ ilə danışıqlarda Moskvanın hansı mövqedən çıxış edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Rossiya 24” telekanalına müsahibəsində Lavrov görüşdə Rusiyanın öz aydın və konkret mövqeyini təqdim edəcəyini bildirib.

Nazir qeyd edib ki, bu istiqamətdə artıq ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərləri zamanı xeyli iş görülüb.

“Biz heç vaxt qabaqcadan proqnoz vermirik. Bilirik ki, arqumentlərimiz var, aydın və konkret mövqeyimiz var. Onu da təqdim edəcəyik. Ümid edirəm ki, bu gün çox faydalı söhbətimizi davam etdirəcəyik”, – Lavrov vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər