Kuba: "Heç bir ölkənin vassalı olmayacağıq"
Dünya
22.03.2026 20:50
“Kuba suveren ölkədir və heç bir dövlətin vassalı olmayacaq”.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio “NBC News”a verdiyi müsahibədə bildirib.
"Kuba suveren ölkədir, suveren ölkə olmaq və öz müqəddəratını təyin etmək hüququna malikdir. Kuba başqa bir ölkənin vassal və ya asılı dövlətinə çevrilməyəcək", - deyə o vurğulayıb.
Xarici işlər nazirinin müavini qeyd edib ki, Kubadakı siyasi dəyişikliklər ABŞ ilə danışıqların mövzusu deyil. Bununla belə, o, Havananın ABŞ administrasiyası ilə işgüzar əməkdaşlıq, qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə birgə səyləri müzakirə etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətində olduğunu qeyd edib.
Həmçinin fevralın 27-də Amerika lideri ABŞ-nin "Kuba üzərində dostcasına nəzarət qura" biləcəyini də bildirib.
Aysel Mətləb
tag: Kuba,Suveren,ABŞ,Vassal,TodayPress TV,
