Kuba ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı hazırlaşır
Dünya
22.03.2026 20:10
“Kubanın silahlı qüvvələri ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşır, Havana isə Vaşinqtonun hücum etməyəcəyinə ümid edir”,
TodayPress TV xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio “NBC News”a verdiyi müsahibədə bildirib.
“Ordumuz həmişə hazırlıqlıdır. Əslində, onlar son günlərdə hərbi müdaxilə ehtimalına hazırlaşırlar. Dünyada baş verənləri nəzərə alsaq, bunu etməsəydik, sadəlövh olardıq. Biz həqiqətən ümid edirik ki, bu müdaxilə baş verməyəcək”, - deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətində olduğunu qeyd edib.
Həmçinin fevralın 27-də Amerika lideri ABŞ-nin "Kuba üzərində dostcasına nəzarət qura" biləcəyini də bildirib.
Aysel Mətləb
tag: ABŞ,Kuba,Müdaxilə,Hazırlıq,TodayPress TV,
