Zelenski İstanbuldadır - VİDEO

Zelenski İstanbuldadır - VİDEO
31.10.2026 16:40 Dünya

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təhlükəsizlik, ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi və Qara dənizdə gəmiçilik məsələlərini müzakirə edəcək.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə İstanbula çatdıqdan sonra öz sosial şəbəkə səhifələrində bildirib.

"Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. Xalqlarımızın müdafiəsinin, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın və real diplomatik perspektivlərin gücləndirilməsi üçün çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələlər var", - o yazıb.

Bundan əlavə, səfər çərçivəsində Zelenskinin Ümumdünya Patriarxı Varfolomeylə görüşü planlaşdırılır.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər