Ərəb ölkələri İranla dialoqa hazırdır

Ərəb ölkələri İranla dialoqa hazırdır
31.10.2026 17:13 Dünya

Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin Tehrandan qarşılıqlı addımlar gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi Bəhreyndə keçirilən IISS-in 22-ci Manama Dialoqunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Körfəz ölkələri regiondakı problemlərin həlli üçün dialoq və danışıqların tərəfdarıdır.

Əl-Budeyvinin sözlərinə görə, Şuranın altı üzvü İranla açıq əlaqə kanallarını, həmçinin Qərb dövlətləri, Çin, Rusiya və digər ölkələrlə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır.

Baş katib vurğulayıb ki, regionda yeni fikir ayrılıqlarının yarandığı bir vaxtda bütün tərəflərlə dialoq aparmaq mühüm üstünlükdür. Bununla belə, diplomatik səylərin nəticə verməsi üçün qarşı tərəfin də eyni istiqamətdə addımlar atması vacibdir.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər