Kiyevə hücum: 25 yaralı, səfirlik binası zədələndi

Dünya

09.01.2026 11:59

Yanvarın 9-da  Kiyevə hərbi müdaxilə  edilib. 

TodayPress TV "RBC Ukrayna" ya istinadən xəbər verir ki, hücum nəticəsində 25 nəfər yaralanıb, dörd nəfər həyatını itirib.

Ölənlər arasında Dnepr rayonundakı üç sakin və Darnitski rayonunda yardım göstərmək üçün gələn 58 yaşlı təcili yardım işçisi var. Yaralılar arasında tibb işçiləri, xilasedicilər və polis əməkdaşları da var.

Məlumata görə, hərbi müdaxilə Kiyevin Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkivski, Qoloseevski və Svyatoşinski rayonlarında ziyan törədib. 19 çoxmərtəbəli yaşayış binası, səfirlik binası, uşaq bağçası, tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.

Bildirilib ki,  nəticədə elektrik, su və istilik sistemlərində fasilələr yaranıb, "Qırmızı Xətt" metrosunun bir hissəsi müvəqqəti dayandırılıb.

Qeyd edilib ki, prokurorluq araşdırma aparır.

Jalə Rövşən 

TodayPress TV

tag: Kiyev ,Ukrayna ,Rusiya ,Səfirlik ,Todaypress.tv,