KİV: Vensin İslamabada gedib-getməyəcəyi sual altındadır

Dünya

21.04.2026 22:01

ABŞ ilə İran arasında İslamabadda keçiriləcəyi qeyd olunan danışıqlarda iştirakı gözlənilən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin hələ də Vaşinqtonda olduğu iddia edilib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Qeyd edilib ki, İslamabadda keçiriləcəyi bildirilən, lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci tur danışıqları öncəsi Vaşinqtonda hərəkətli saatlar yaşanır.

Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə, vitse-prezident Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

Məlumata görə, Vensin İslamabaddakı görüşlərə gedib-getməyəcəyi məsələsi yenidən nəzərdən keçirilir.

Ağ Ev hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Vens,İslamabad,Danışıq,TodayPress TV,