KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır

KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır
14.08.2026 17:18 Dünya

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək məqsədilə daha 50 minə qədər hərbçi göndərməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW) telekanalı məlumat yayıb.

Məlumata əsasən, Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində yerləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, Pxenyanın Rusiyaya mühəndislər, inşaatçılar və tibb işçiləri də göndərməsi gözlənilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər