KİV: Netanyahu İranla müharibə üçün hazırlıq əmri verdi

Dünya

19.02.2026 01:49

İsrailin Baş naziri Benyamin Netanyahu Daxili Cəbhə Komandanlığına İranla mümkün müharibəyə hazırlaşmaq barədə göstəriş verib və “maksimum hazırlıq vəziyyəti” elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb. 

“CNN Arabic” isə iki adı açıqlanmayan İsrail mənbəsinə istinadən bildirib ki, İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib və ABŞ ilə koordinasiyalı şəkildə İrana qarşı mümkün zərbəyə dair hərbi hazırlıqlar gücləndirilib.

Mənbələrin sözlərinə görə, son həftələrdə Tel-Əviv ABŞ-İran danışıqlar prosesinə dair şübhələrini artırıb və həm hücum, həm də müdafiə planlarını paralel şəkildə irəli aparır. Bildirilir ki, Netanyahu bu həftə ölkənin hazırlıq səviyyəsini və müttəfiqlərlə koordinasiyanı qiymətləndirmək üçün bir neçə qapalı təhlükəsizlik iclası keçirib.

Məlumata görə, əgər ABŞ Prezidenti Donald Tramp mümkün əməliyyata “yaşıl işıq” versə, gözlənilən zərbələr ötən ilin iyununda 12 günlük müharibə zamanı həyata keçirilən hücumlardan daha genişmiqyaslı ola bilər və Vaşinqtonla Tel-Əvivin koordinasiyalı hücumunu əhatə edə bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Netanyahu,Müharibə,Hazırlıq,İran,Todaypress.tv,