KİV: ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayacaq
Dünya
20.02.2026 17:09
ABŞ ordusu 21 fevral İrana qarşı hərbi əməliyyatlara başlamağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilir ki, lakin əməliyyatın bu həftə sonu reallaşması ehtimalı azdır. Ağ Ev həm eskalasiyanın, həm də çəkindirmənin nəticələrini qiymətləndirir və Tramp hələ yekun qərar verməyib.
Son günlər ABŞ Yaxın Şərqə təxminən 70 hərbi nəqliyyat təyyarəsi və 50 qırıcı göndərib. Bir təyyarədaşıyan zərbə qrupu Oman körfəzinə, ikincisi isə Aralıq dənizində İsrail sahillərinə yerləşdirilib.
"The Wall Street Journal"ın məlumatına görə, ABŞ Tehranı nüvə sazişinin əlverişli şərtlərini qəbul etməyə məcbur etmək və eyni zamanda tammiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və dövlət obyektlərinə məhdud hücum etməyi nəzərdən keçirir. Belə bir əməliyyat bir neçə gün ərzində həyata keçirilə bilər.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Hücum,Hərbi,Todaypress.tv,
