KİV: ABŞ Hörmüz boğazında konsorsiumla idarəçilik planlaşdırır

Dünya

31.03.2026 13:53

Tramp administrasiyası Hörmüz boğazını idarə etmək üçün beynəlxalq konsorsium yaratmağı təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadən məlumat verib.

Qəzet yazır ki, Tramp administrasiyası Hörmüz boğazını idarə etmək üçün beynəlxalq konsorsium yaratmağı təklif edib.

Nəşr bildirir ki, ABŞ Dövlət Katibi Marko Rubio bu ideyanı ötən həftə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə təqdim edib.

ABŞ administrasiyasının planı boğazda naviqasiyanın pulsuz olmasını və heç bir ödəniş tələb edilməməsini nəzərdə tutur.

“The Telegraph” həmçinin xatırladıb ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı tərəfindən əvvəllər irəli sürülmüş başqa bir təklif də mövcud olub. Bu təklif Hörmüz boğazından keçən neft axınlarını idarə etmək üçün konsorsium yaratmağı nəzərdə tuturdu. Pakistan mənbəsinə görə, həmin planlar Ağ Evə də təqdim edilmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Hörmüz ,ABŞ,Donald Tramp ,Marko Rubio ,Todaypress.tv,