Kişinyovda ÜÇLÜ zirvə: Ukrayna, Moldova və Rumıniya liderləri bir araya gəlir

Kişinyovda ÜÇLÜ zirvə: Ukrayna, Moldova və Rumıniya liderləri bir araya gəlir
27.08.2026 19:27 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Moldova paytaxtı Kişinyova səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib.

Məlumata görə, burada o, moldovalı və rumıniyalı həmkarları Maya Sandu və Nikuşor Danla görüşəcək.

“Prezident Moldovanın Müstəqillik Günü münasibətilə Maya Sandunun dəvəti ilə Kişinyova gəlib”, - deyə mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, əvvəlcə Ukrayna dövlət başçısı M. Sandu ilə ikitərəfli görüş keçirəcək, daha sonra onlara N. Dan qoşulacaq.

Bundan sonra üç ölkənin liderlərinin media üçün birgə bəyanatlarla çıxış etməsi gözlənilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər