Kiprdə Fransa qoşunları yerləşdiriləcək: Saziş iyunda imzalanır
Kipr Prezidenti Nikos Xristodulides humanitar məqsədlər üçün adada Fransa qoşunlarının yerləşdirilməsinə icazə verən müqavilənin iyun ayında imzalanacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Cyprus Mail” məlumat yayıb.
O əlavə edib ki, saziş nazirlər səviyyəsində imzalanacaq və humanitar məqsədlər üçün Kipr ərazisində Fransa qoşunlarının mövcudluğunu təmin edəcək.
Prezident əlavə edib ki, bu, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş səylərin bir hissəsidir. O, bildirib ki, razılaşma, həmçinin Kiprə 1,2 milyard avro ayrılacaq “SAFE” proqramı da daxil olmaqla daha geniş Avropa təşəbbüsləri ilə uyğun gəlir.
Aysel Mətləb