Kim Çen In: "Putinin siyasətinə qeyd-şərtsiz dəstək veririk"

Dünya

09.01.2026 15:34

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə cavab məktubu göndərərək onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib.

TodayPress TV "Koreya Mərkəzi Xəbər Agentliyi"nə (KCNA) istinadən xəbər verir ki, Kim Çen In məktubunda Vladimir Putinin həyata keçirdiyi siyasətə və qəbul etdiyi qərarlara hörmət etdiyini və onları daim dəstəkləyəcəyini bildirib.

O vurğulayıb ki, bu mövqe dəyişməzdir və gələcəkdə də qorunub saxlanılacaq.

Kim Çen In Rusiya Prezidentinə göndərdiyi təbrik məktubuna görə təşəkkür edib və qeyd edib ki, Putinin mesajı iki ölkə arasındakı dostluq münasibətlərini bir daha təsdiqləyib.

Şimali Koreya lideri KXDR ilə Rusiya arasında formalaşmış əməkdaşlıqdan qürur duyduğunu bildirib və əlaqələrin hər iki xalqın maraqlarına uyğun şəkildə genişləndirilməsinə sadiq qaldığını vurğulayıb.

Məlumata görə, tərəflər arasında siyasi və strateji əməkdaşlıq son dövrlər daha da güclənib.

Jalə Rövşən 

TodayPress TV 

tag: Koreya ,Kim Çen In ,Vladimir Putin ,Məktub ,Todaypress.tv,