Kılıçdaroğlu yenidən CHP rəhbərliyinə qayıtdı - YENİLƏNİB

Dünya

21.05.2026 20:16

Özgür Özelin sədr seçildiyi 2023-cü il CHP qurultayının ləğvi üçün açılan iddiada "tamamilə etibarsızlıq" qərarı verilib. TodayPress TV xəbər verir ki, Ankara Regional Apelyasiya Məhkəməsinin (BAM) 36-cı Mülki İşlər Kollegiyası CHP qurultayı işində Özgür Özel və partiya rəhbərliyinin müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılması və Kamal Kılıçdaroğlu və rəhbərliyinin vəzifələrini icra etməsi barədə də qərar çıxarıb. Məhkəmə CHP-nin 38-ci qurultayını ləğv edib.

xxx

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son qurultayının tamamilə etibarsız elan edilməsi haqqında qərar qəbul edildi.

TodayPress TV xəbər verir ki, qərar Türkiyə məhkəməsi tərəfindən verilib.

Razılaşmaya əsasən, Partiya rəhbərliyi yenidən Kamal Kılıçdaroğluna qaytarılmalıdır.

TodayPress TV

tag: CHP,Türkiyə,Kamal Kılıçdaroğlu,TodayPress TV,