Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi...
"Rusiya Ukraynaya qarşı dəniz blokadasını yenidən bərpa etməyə çalışır".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Hava Kəşfiyyatı Dəstəyi Mərkəzinin həmtəsisçisi İqor Lutsenko bildirib.
Onun sözlərinə görə, Odessaya gedən mülki gəmilərə hücumlar Rusiyanın Qara dəniz dəhlizini bağlamaq niyyətindən xəbər verir. Lutsenko bildirib ki, dron texnologiyaları sayəsində gəmilərə sahildən yüzlərlə kilometr uzaqda da zərbə endirmək mümkündür.
O, həmçinin Ukraynanın dənizdə də dron əleyhinə müdafiə sistemi qurmalı olduğunu vurğulayıb.