Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb...
Kanada İran rəhbərliyinin beş yüksək vəzifəli nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anandin bəyanatında bildirilib.
Qeyd olunub ki, Ottavanın məhdudlaşdırıcı tədbirləri, xüsusilə, İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinə şamil edilib.
Sənədə əsasən, sanksiyalar "kritik əhəmiyyətli beynəlxalq su yolunu təhdid edən və Hörmüz boğazında gəmiçiliyin azadlığına mane olan hərəkətlərə" görə tətbiq edilib.
Aysel Mətləb