Kamçatkadakı vulkan böyüdü

Kamçatkadakı vulkan böyüdü
14.08.2025 10:29 Dünya

Rusiyanın Kamçatka vilayətində yerləşən Avrasiyanın ən böyük vulkanı Klyuçevskaya Sopka son püskürmədən sonra daha da hündürləşib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.

Vulkan lava, kül və tüstü püskürərək ətrafdakı kəndləri külə bürüyüb. Əvvəlki hündürlüyü 4850 metr olan vulkanın yeni hündürlüyü hələ dəqiqləşməyib.

Hazırda vulkan sakitdir, amma maqma səviyyəsinin düşməsi səbəbindən az da olsa yenidən püskürmə riski qalır. Kraterdə isə ətrafdan görünən yeni şlak konus yaranıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər