İtkin düşən it dənizin ortasında tapıldı

İtkin düşən it dənizin ortasında tapıldı
02.12.2025 19:00 Dünya

ABŞ-də Sadie adlı qara labrador retriever evdən qaçdıqdan sonra dənizin ortasında tapılıb. 

TodayPress TV xəbər verir ki, izlər onları evdən 1,6 kilometr aralıdakı çimərliyə aparıb.

İt noyabrın 23-də itib və sahibləri Aleksis və Brendon onu yaxasındakı izləmə cihazı ilə axtarmağa başlayıblar. 

Orada bir sörfçü cütlüyə qara itin dənizə sürükləndiyini gördüyünü deyib. Xilasedicilər qayığa minib bir saatdan çox axtarış aparıblar. Sadie dalğaların üzərində sürüklənərək irəliləyirmiş. O, sudan çıxarılıb sahiblərinə təhvil verilib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər