İtaliyada iranlılar Milandakı konsulluğun lövhəsini dəyişərək tarixi bayraq qaldırdılar

İtaliyada iranlılar Milandakı konsulluğun lövhəsini dəyişərək tarixi bayraq qaldırdılar
11.01.2026 13:52 Dünya

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.

TodayPress TV  xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, həmin gün Londonda etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər