İtaliya Ukraynaya yeni hərbi yardım paketi ayırır

İtaliya Ukraynaya yeni hərbi yardım paketi ayırır
18.05.2025 15:40 Dünya

İtaliya Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb.

Bildirilir ki, yardım paketinə İtaliyanın M113 tipli zirehli transportyorlarının modernləşdirilmiş versiyası olan “VCC-2 Camilino” texnikalarının daxil ediləcəyi gözlənilir.

Bundan əlavə, İtaliya Ukraynaya əməliyyatların planlaşdırılması sahəsində kömək məqsədilə peyk müşahidə sistemi də təqdim edə bilər. Lakin bu sistemlə bağlı əlavə məlumat verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər