İstanbulda partlayış- Yaralananlar var

İstanbulda partlayış- Yaralananlar var
11.01.2026 21:45 Dünya

Türkiyədə İstanbulun Zeytinburnu rayonundakı yaşayış kompleksində baş vermis partlayış təşvişə səbəb olub.

TodayPress TV  xəbər verir ki, kompleksin girişindəki karqo qəbulu məntəqəsinə çatdırılan bağlama qısa müddət sonra naməlum səbəbdən partlayıb.

Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Partlayışın baş verdiyi ərazinin ətrafı təhlükəsizlik lenti ilə əhatəyə alınıb və polis ərazidə araşdırmaya başlayıb. Partlayışın dəqiq səbəbi texniki araşdırmadan sonra müəyyən ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər