İstanbulda iki bina çökdü: 5 nəfər xilas edildi - YENİLƏNDİ

Dünya

22.03.2026 16:35

İstanbul valisi Davud Gül jurnalistlərə açıqlamasında yaşayış binalarının uçması ilə bağlı dağıntılar altından 9 nəfərin sağ çıxarıldığını deyib.

TodayPress TV xəbər verir ki, vali eyni zamanda 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.

***

15:25

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb. Dağıntılar altından beş nəfər çıxarılıb.

TodayPress TV xəbər verir ki, "TRT"nin məlumatına görə, daha bir nəfərin axtarışı davam edir.

Mövcud məlumatlara görə, uçqun zamanı evlərin içərisində yalnız beş sakin olub.

Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Mütəxəssislər dağıntılar altında daha çox insanın qalıb-qalmadığını yoxlayırlar. Xilas edilənlər xəstəxanalara aparılıb.

Binaların çökməsinə ilkin səbəb kimi qaz sızması göstərilib.

Nicat Osmanlı

tag: Türkiyə,İstanbul,Fatih ,Bina,Dağıntılar,Todaypress.tv,