İstanbulda fırtına nəticəsində 89 dam uçdu

İstanbulda fırtına nəticəsində 89 dam uçdu
08.01.2026 22:00 Dünya

İstanbul şəhərində şiddətli külək və fırtına bəzi fəsadlar törədib.

TodayPress TV Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarından indiyədək 45 ağac qopub, 89 dam uçub, ⁠1 istinad divarı çöküb.

Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), yanğınsöndürmə və təcili tibbi yardım bölmələrinin əməkdaşları daxil olan 350-yə yaxın müraciətə dərhal reaksiya verib.

Fırtınanın saat 22.00-dək (Bakı vaxtı ilə 23:00) davam edəcəyi gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər