İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır
İsrail İranın hərbi potensialını gözlənildiyindən daha sürətlə bərpa etməsindən narahatdır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.
Məlumata görə, İsrail Müdafiə Ordusu və “Mossad” rəsmiləri İranın müdafiə sənayesinin İsrail-ABŞ müharibəsindən sonra gözləniləndən daha sürətlə bərpa olunduğunu bildiriblər.
Məlumata əsasən, İranın müdafiə sənayesi aylarla geri salınıb, lakin ölkə ballistik raketlərin sürətli istehsalı imkanlarını qoruyub.
İran ayda 100-300 ballistik raket istehsalını bərpa edə bilsə, 2027-ci ilin ortalarına qədər “12 günlük müharibə”dən əvvəlki raket arsenalını yenidən bərpa edə bilər.
Kübra Musayeva