İsraildə İranın zərbələri nəticəsində yaralananların sayı açıqlandı
İsraildə İranın zərbələri nəticəsində 7 142 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda yaralananlardan 114-ü xəstəxanalarda müalicə alır, onlardan 14 nəfərin vəziyyəti ağırdır. 26 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.
Aynur TAC