İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata hazırlaşır

Dünya

19.02.2026 14:16

İsrail ABŞ ilə birlikdə İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır. Əməliyyatın hədəfləri arasında ballistik raket mərkəzləri, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargahı ola bilər.

TodayPress TV "The New York Times"a istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi rəsmiləri məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrail İranı nüvə sazişi üzrə danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçün bir neçə gün ərzində “şiddətli zərbə” endirməyi planlaşdırır. İddia olunur ki, Tehran bu sazişi indiyədək qəbul etməyib.

Qəzet yazır ki, ABŞ ordusunun Yaxın Şərqdə yerləşdirilmiş qüvvələri qısa və orta mənzilli raket mövqeləri, sursat anbarları, nüvə obyektləri və İİKK-nın qərargahı da daxil olmaqla geniş spektrli hədəflərə zərbə endirməyə imkan verir. Nəşrin Amerika mənbələrinin bildirdiyinə görə, əməliyyat üzrə yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Jalə Rövşən 

TodayPress TV

tag: ,