İsrail Suriyada əməliyyat keçirdi
İsrail Suriyanın Deraa əyalətindəki iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri yeddi zirehli maşınla Yarmuk çayı kənarındakı Masartiya qəsəbəsinə daxil olublar.
Xüsusi təyinatlıların bir dəstəsi Saysun yaşayış məntəqəsində əməliyyat keçirib və tədbirlər zamanı oraya aparan yollar bağlanıb
Aynur TAC