İsrail səfiri: "İranla hərbi əməliyyat bir neçə gün davam edə bilər"

İsrail səfiri: "İranla hərbi əməliyyat bir neçə gün davam edə bilər"
13.06.2025 10:38 Dünya

İsrailin Fransadakı səfiri Coşua Zarka bildirib ki, İrana qarşı hərbi əməliyyatların bir neçə gün çəkəcəyi gözlənilir, aylarla davam etməsi ehtimal olunmur.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə açıqlama verib. 

Səfirin sözlərinə görə, bu əməliyyatlara görə ABŞ-nin İsraili dəstəkləməkdən imtina edəcəyi gözlənilmir. Əksinə, iki ölkə arasında sıx dialoq davam edəcək.

Zarka həmçinin qeyd edib ki, Fransa tərəfi İsrailin hücumundan əvvəl məlumatlandırılmayıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər