İsrail Qəzzada yeni hərbi əməliyyata hazırlaşır
Dünya
11.01.2026 09:15
İsrail mart ayında Qəzza şəhərində yeni hərbi əməliyyat keçirməyi planlaşdırır, lakin bunun üçün ABŞ-nin Prezidenti Donald Trampın razılığı tələb olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrə danışan bir israilli rəsmi şəxs və bir ərəb diplomatı bildiriblər ki, İsrail Müdafiə Qüvvələri (IDF) mart ayında Qəzzada yenidən intensiv hərbi əməliyyatlara başlamaq üçün planlar hazırlayıb. Bu plan çərçivəsində Qəzza şəhərinə yönələn hücumun məqsədi atəşkəsin “Sarı Xətt” adlanan demarkasiya xəttini anklavın sahilinə doğru qərbə çəkmək və bununla da İsrailin ərazi üzərində nəzarətini daha da genişləndirməkdir.
Ərəb diplomatın sözlərinə görə, bu əməliyyat ABŞ-nin dəstəyi olmadan həyata keçirilə bilməz. ABŞ hazırda oktyabr ayında əldə olunmuş kövrək atəşkəsi "HAMAS"ın tərksilah edilməsini də əhatə edən ikinci mərhələyə keçirmək üçün səylər göstərir.
Planlaşdırılan bu hücumun bəzi detalları daha əvvəl "The Wall Street Journal" tərəfindən dərc edilib.
tag: İsrail ,Qəzza ,Əməliyyat ,Mart ,Todaypress.tv,
