İsrail Qəzza zolağına zərbələr endirdi: Ölənlər var

Dünya

09.01.2026 13:48

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal və cənubuna zərbələr endiriblər

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və ölkənin daxili təhlükəsizlik agentliyi birgə bəyanatda məlumat verib.

Bəyanatda bildirilib ki, zərbələr Qəzzadan İsrail qoşunlarının əməliyyat keçirdiyi Qəzza şəhərinin daxilindəki əraziyə uğursuz raket buraxılışına cavab olaraq endirilib.

"Qəzza zolağından atılan mərmi atəşkəs razılaşmasının pozulmasıdır", - deyə bəyanatda deyilib.

Həmçinin Fələstinin rəsmi xəbər agentliyi "WAFA" İsrail hərbi təyyarələrinin Qəzzanın mərkəzindəki əl-Nuseyrat qaçqın düşərgəsindəki bir evi, Qəzza şəhərindəki bir anbarı və evi bombalaması nəticəsində altı fələstinli mülki şəxsin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Qəzza,Zərbə,Zolaq,Todaypress.tv,