İsrail ordusu Qəzzanın Rəfah şəhərinə hava zərbələri endirdi
İsrail ordusu hərbçilərinə qarşı hücuma cavab olaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının Rəfah bölgəsindəki tuneldən çıxaraq İsrail əsgərlərinə atəş açıblar. Bu, İsrail ordusunun əraziyə hava hücumları etməyə sövq edib.
İsrail ordusunun məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.