İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirdi

Dünya

24.04.2026 22:50

İsrail ordusu Livanın Deir Ames bölgəsində “Hizbullah” infrastrukturuna zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, bu, “Hizbullah”ın atəşkəsi pozaraq İsrailin Ştula bölgəsinə raket hücumları həyata keçirməsinə cavab olaraq icra edilib.

Qeyd edək ki, atəşkəsin qüvvədə olmasına baxmayaraq, “Hizbullah” və İsrail bir-birlərini atəşkəsi pozmaqda ittiham edir.

TodayPress TV

tag: İsrail, Livan, Zərbə, İsrail Müdafiə Qüvvələri, todaypress.tv,