İsrail ordusu Dəməşqə yaxın ərazini ATƏŞƏ TUTDU
İsrail ordusunun artilleriyası Dəməşqin qərb ətrafındakı Beyt-Can yaşayış məntəqəsini atəşə tutub.
TodayPress TV xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Məlumata əsasən, iriçaplı mərmilər müsadirə edilmiş Qolan təpələrindəki mövqelərdən atılıb. Suriya hakimiyyəti tərəfindən hələlik dəymiş ziyanın miqyası və ya olası tələfat barədə informasiya verilməyib.
Aysel Mətləb