İsrail Livanda “Hizbullah”ın obyektlərini vurdu

İsrail Livanda “Hizbullah”ın obyektlərini vurdu
19.02.2026 21:25 Dünya

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərqində “Hizbullah” təşkilatının hərbi obyektlərinə ardıcıl zərbələr endirib.  

TodayPress TV xəbər verir ki, bu barədə “Lebanon 24” portalı məlumat yayıb.

Bildirilib ki, bombardmanlar Suriya ilə sərhəddə yerləşən dağlıq ərazilərdəki təlim bazaları və yeraltı qurğulara yönəlib.

Şahidlərin sözlərinə görə, Nəbi-Şit şəhəri ətrafında güclü partlayış səsləri eşidilib.

Bundan əvvəl İsrail hərbçiləri Livanın cənubundakı Aytarun və Yarun yaşayış məntəqələrini tank silahlarından atəşə tutublar. Atəş nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər