İsrail İrana qarşı hücumları gücləndirəcək

Dünya

21.03.2026 17:00

İsrailin müdafiə naziri İsrael Katz yaxın günlərdə İrana qarşı hərbi əməliyyatların daha da intensivləşəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata görə, o, hərbi rəsmilərlə görüşündə çıxış edərək İsrail və ABŞ qüvvələrinin İranın hərbi və strateji infrastrukturuna zərbələrinin artacağını deyib.

Nazirin sözlərinə görə, İsrail bu əməliyyatları ölkənin təhlükəsizliyinə və ABŞ-nin regiondakı maraqlarına qarşı təhdidlər tam aradan qaldırılana qədər davam etdirəcək. O, həmçinin hücumların İranın hərbi imkanlarını zəiflətməyə və rəhbərliyinə zərbə vurmağa yönəldiyini qeyd edib.

İsrael Katz əlavə edib ki, İsrail Müdafiə Qüvvələri güclüdür və qarşıya qoyulan bütün hərbi məqsədlərə çatana qədər əməliyyatlar dayandırılmayacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,İran,Hücum,Hərbi əməliyyat,Todaypress.tv,