İsrail "Hizbullah" mövqelərinə zərbələr endirdi
İsrail Müdafiə Ordusu Livanın cənubundakı "Hizbullah" qruplaşmasına məxsus raket buraxılış qurğularına zərbələr endirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, vurulan mövqelər İsrail Müdafiə Ordusu və vətəndaşlar üçün birbaşa təhlükə yaradırdı. Qeyd olunur ki, zərbələr sərhədyanı zonada potensial təhlükələrin aradan qaldırılmasına yönəlmiş davam edən fəaliyyətlər çərçivəsində endirilib.