İsrail HƏMAS-ın komanda mərkəzinə zərbə endirdi

Dünya

20.02.2026 22:15

İsrail Müdafiə Ordusu Livanın cənubunda HƏMAS hərəkatının komanda mərkəzinə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmin komanda mərkəzi bu yaxınlarda HƏMAS tərəfindən İsrail qoşunlarına qarşı hücumların planlaşdırılması və hazırlanması, eləcə də İsrailə və onun hərbi qüvvələrinə qarşı müxtəlif hücum planlarının reallaşdırılmasına yönəlmiş təlimlərin keçirilməsi üçün istifadə olunub.

"İsrail Müdafiə Ordusu Livanda HƏMAS-ın mövqelərinə qarşı əməliyyatlar aparır və İsrail dövlətinin vətəndaşları ilə ordusu üçün istənilən təhlükəni aradan qaldırmaq məqsədilə bu terror təşkilatının yerləşdiyi bütün yerlərdə onun fəaliyyətinin qarşısını qətiyyətlə almağa davam edəcək.", - məlumatda bildirilib.

TodayPress TV

tag: İsrail, Livan, Komando, HƏMAS, todaypress.tv,