İsrail Beyrut yaxınlığında "Hizbullah" obyektinə zərbə endirdi

İsrail Beyrut yaxınlığında "Hizbullah" obyektinə zərbə endirdi
07.06.2026 18:40 Dünya

İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun cənub şəhərətrafı qəsəbəsi olan Dahiyədə "Hizbullah" təşkilatının obyektinə zərbə endiriblər.

TodayPress TV TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

"Baş nazir Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiyə rayonundakı terrorçuların qərargahına hücum edib" , - deyə bəyanatda vurğulanır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər