İspaniya: NATO krallığın iştirakı olmadan öz işini yerinə yetirə bilməzdi

Dünya

24.04.2026 21:20

İspaniyanın müdafiə naziri Marqarita Robles NATO-nun krallığın iştirakı olmadan öz "vacib işini" yerinə yetirə bilmədiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, onun videomüraciəti nazirliyin "X" səhifəsində dərc olunub.

"İspaniya Şimali Atlantika Alyansına sadiq, məsuliyyətli, ciddi və etibarlı müttəfiqdir. Biz şərq cinahında, quruda, dənizdə və havada varıq. Ona görə də İspaniyanın roluna hörmət edilməlidir. Heç kim bizə sülhə sadiqliyimiz, bir ölkə olaraq, İspaniya olaraq qürurumuz və NATO üzvlüyümüz barədə dərs keçməyəcək", -deyə Robles qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: İspaniya,NATO,Marqarita Robles,Alyans,TodayPress TV,