İshaq Dar Sergey Lavrovla danışdı
Dünya
27.04.2026 16:07
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya planlaşdırılan səfərinin tarixlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Nazirlər həmçinin ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təhlükəsizlik maraqları çərçivəsində çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərinə toxunublar.
Məlumata görə, Lavrov Pakistanın İran və ABŞ arasında dialoqun təşviqində rolunu yüksək qiymətləndirib. İshaq Dar isə ölkəsinin problemlərin həllində diplomatiya və dialoqa üstünlük verdiyini vurğulayıb.
Tərəflər yüksək səviyyəli görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edib, həmçinin Şehbaz Şərifin Rusiyaya səfərinin tarixinin daha uyğun vaxta dəyişdirilməsi imkanını müzakirə ediblər. Bundan əlavə, Dar Lavrovu Pakistana səfərə dəvət edib.
Türkan İsgəndərli
tag: Pakistan,Rusiya,Lavrov,XİN,Todaypress.tv,
