İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanıldı

İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanıldı
15.04.2026 03:00 Dünya

"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.

TodayPress TV "Kommersant" nəşrinə istinadən xəbər verir ki, o, seçkiqabağı dövrdə xeyriyyəçilik qadağasını pozmaqda şübhəli bilinir.

Partiya nümayəndələrinin bildirdiyinə görə, Qumaşyanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar. İstintaq Qumaşyanın ev həbsinə göndərilməsini tələb edir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər