İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Dünya

29.01.2026 17:00

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Əraqçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlarının əsas mövzusu İran İslam Respublikasındakı vəziyyət olacaq:

"Hakan Fidan Əraqçi ilə görüşündə Türkiyənin İrandakı son hadisələri yaxından izlədiyini və qonşu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin onun üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edəcək".

Nazirlik əlavə edib ki, Hakan Fidan iranlı həmkarına Ankaranın İrana edilən hərbi müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayacaq və bu cür addımların regional və qlobal səviyyələrdə yaratdığı risklərə diqqət çəkəcək.

Mənbələr, həmçinin bildirib ki, Türkiyənin mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğu, İranın nüvə proqramı məsələsinin sülh yolu ilə həllinin tezliklə əldə edilməsini dəstəklədiyi və lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazır olduğu bildiriləcək.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Abbas Əraqçi ,Türkiyə,Hakan Fidan,Todaypress.tv,