İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR

İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR
02.08.2026 19:12 Dünya

İsrail-İran müharibəsi İranın strateji planlaşdırılmasında mühüm rol oynayan general Yəhya Rəhim Səfəvini daha çox tanıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun (INSS) məlumat yayıb.

Bildirilir ki, Səfəvi 1997-2007-ci illərdə SEPAH-a rəhbərlik edib və həmin dövrdən etibarən İranın Yaxın Şərqdəki proksi şəbəkəsinin və “Müqavimət oxu”nun formalaşmasında mühüm rol oynayıb.

İranın ali lideri Əli Xamneyiyə yaxınlığı ilə tanınan generalın xarici siyasətdə diplomatiyadan daha çox hərbi çəkindirmə siyasətini dəstəklədiyi qeyd olunur.

INSS Səfəvini yalnız açıqlamalarla kifayətlənməyən, dediklərini həyata keçirməsi ilə nüfuz qazanan generallardan biri kimi xarakterizə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər