İranın 8 xüsusi təyinatlısı etirazlar zamanı həlak oldu

İranın 8 xüsusi təyinatlısı etirazlar zamanı həlak oldu
11.01.2026 16:07 Dünya

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Hüquq-Mühafizə Orqanları Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. "Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar" , - məlumatda bildirilib.

Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər